AZ Flag AZE
EN Flag ENG
RU Flag RU
Logo
Şəfa Şahbazova İnvaziv–Kardioloq
İnvaziv Kardioloq

Dr. Şəfa Şahbazova

Lux International Hospitalda Kardiologiya
şöbəsinin müdiri

Mən, Şəfa Şahbazova – 10 ildən çoxdur ki, invaziv və klinik kardioloq olaraq fəaliyyət göstərirəm. Uzun illərdir ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsi sahəsində çalışıram. Məqsədim hər bir pasiyentimə fərdi yanaşaraq, müasir tibbi texnologiyalar və elmi əsaslara söykənən müalicə metodları ilə onların sağlamlığını bərpa etməkdir. Pasiyent məmnuniyyəti və etibarı mənim üçün daim ön plandadır.

Xidmətlər

Hipertoniya
01
Hipertoniya və təzyiq problemləri
Ürək ritm pozuntuları
02
Ürək ritm pozuntuları
İskemik ürək xəstəlikləri
03
Ürəyin işemik xəstəlikləri
Ürək çatışmazlığı
04
Ürək çatışmazlığı
Ürək damarlarının yoxlanılması
05
Ürək damarlarının yoxlanılması və profilaktik müayinələr

Pasiyent rəyləri

“Şəfa həkimə müraciət etdiyim ilk gündən özümü tam güvəndə hiss etdim. Ətraflı izahları, diqqətli yanaşması və səmimi davranışı sayəsində bütün qorxularım aradan qalxdı. Müayinə və prosedur zamanı göstərdiyi dəqiqliyə görə sonsuz təşəkkür edirəm!”

“Əməliyyat qərarı mənim üçün çox çətin idi, amma Şəfa həkimin əminliyi və ətraflı izahları sayəsində bütün tərəddüdlərim aradan qalxdı. Həm peşəkar, həm də olduqca qayğıkeş bir həkimdir. İndi ürəyimə bağlı heç bir problem yaşamıram”

“Şəfa Şahbazova kimi bir həkimlə qarşılaşdığım üçün çox şanslıyam. Hər addımda pasiyentin rahatlığını düşünən, hər sualı səbrlə cavablandıran bir mütəxəssisdir. Müalicə prosesim uğurla tamamlandı və indi özümü çox yaxşı hiss edirəm. Təşəkkürlər, Şəfa xanım!”

Sualınız varsa, əlaqə saxlayın

Reception

Haqqımda

Şəfa Şahbazova
Logo
Lux Hospital

Təhsil

2008-2014 Kardioloq; Azərbaycan Tibb Universiteti
2014-2018 Rezidentura; Mərkəzi Klinika
2022-Davam edir Doktorantura; Azərbaycan Tibb Universiteti
2023-Davam edir Heart Failure School; London, United Kingdom

İş təcrübəsi

2018-2023 Həkim Kardioloq; Mərkəzi Klinika
2024-Davam edir Mütəxəssis İnvaziv Kardioloq; Kardiologiya şöbəsinin müdiri; Lux International Hospital
2024-Davam edir III Daxili xəstəliklər kafedrasının müəllimi; Azərbaycan Tibb Universiteti

Elmi iş və məqalələr

Bədxassəli şiş mənşəli perikardial effuziyalarda perkutan balon perikardiotomiya və ya plevroperikardial "pəncərə" Ş. Şahbazova, F. İbrahimov, O. Musayev; Azərbaycan Kardiologiya Jurnalı, Bakı, 2017. N 1 (11)
Miyokardial revaskulyarizasiya olunmuş xəstələrdə xroniki obstruktiv ağciyər xəstəliyi: rastgəlmə tezliyi və yaşama müddətinə təsiri Ş. Şahbazova, F. İbrahimov; Azərbaycan Kardiologiya Jurnalı, Bakı
Uzun dönəm fibrat tedavisi alan hiperliptrigliseridemili hastalarında kümülatif HDL-dışı kolesterol yükü: Bir lipid kohortunun gerçək hayat verileri Ş. Şahbazova; M. Kayıkçıoğlu; F. İbrahimov; Archives of the Turkish Society of Cardiology, Türkiyə
Comparing 5-year Outcomes of Aorta-Coronary Bypass Surgery and Percutaneous Coronary Intervention with New-Generation Drug-Eluting Stents in Non-Diabetic and Multivessel Acute Coronary Syndrome Patients with Intermediate Syntax Score Ş.Şahbazova, F.İbrahimov, Y.Yılmaz, İ.Ismayilov, K.Musayev, O.Musayev, Ş.Ələsgərli, M.Isgenderova, T. Cahangirov; İstanbul Medeniyyet medical jurnal, Türkiyə
Akut koroner sendromlu diyabetik hastalarda aort-koroner bypass cerrahisi ile yeni nesil ilaç salınımlı stentlerle uygulanan perkütan koroner girişimin erken ve uzun dönem sonuçlarının karşılaştırılması Ş. Şahbazova, M. Kayıkçıoğlu, F.İbrahimov, İ. İsmayilov, O. Musayev, K. Musayev, Ş. Ələsgərli; Çukurova Medical Journal, Türkiyə
Succesfully Managed Catheter induced Right Coronary Artery Disease Ş.Şahbazova, O.Musayev, F.İbrahimov, M. İsgəndərova, Ş.Ələsgərli; Kardiovaskuler Akademi, İstanbul, Türkiyə
Metamphetamin induced coronary thrombosis Ş.Ələsgərli, Ş.Şahbazova; 28-ci girişimsel kardioloji konqresi, İstanbul, Türkiyə
COVID-19 aşısı sonrası koroner tromboz ola bilər Ş.Şahbazova; Türk Girişimsel Kardioloji vakfı, Türkiyə

Cəmiyyətlər

Avropa Kardiologiya Cəmiyyəti; Fəxri üzv
Azərbaycan Kardiologiya Cəmiyyəti; Pulmonar Vaskulyar Xəstəliklər işçi qrup rəhbəri

Sertifikatlar

Sertifikat
Sertifikat
Sertifikat
Sertifikat
Sertifikat
Sertifikat
Sertifikat
Sertifikat
Sertifikat
Sertifikat
Sertifikat
Sertifikat

Xidmətlər

Hipertoniya və təzyiq problemləri

Hipertoniya – qan təzyiqinin normadan yüksək olmasıdır və uzunmüddətli təzyiq yüksəkliyi ürək, beyin və böyrəklərə zərər verə bilər. Müalicə edilməzsə infarkt və insult riskini artırır.

Müayinələr:
  • Qan təzyiqinin ölçülməsi (klassik və ya 24 saatlıq Holter təzyiq monitorinqi)
  • Qan analizləri (böyrək funksiyası, elektrolitlər, lipid profili və s.)
  • EKQ (Elektrokardioqrafiya) – ürək ritmini və hipertoniyaya səbəbli dəyişiklikləri qiymətləndirmək üçün
  • Exokardioqrafiya – ürək əzələsi qalınlaşıbsa aşkar edilir
Hipertoniya
Ürək ritm pozuntuları

Ürək ritm pozuntuları

Ürək ritm pozuntuları (aritmiyalar) ürəyin çox sürətli, yavaş və ya nizamsız döyünməsidir. Bu vəziyyət halsızlıq, başgicəllənmə və hətta huş itirməyə səbəb ola bilər.

Müayinələr və prosedurlar:
  • EKQ (Elektrokardioqrafiya) – əsas diaqnostik üsuldur
  • Holter monitorinqi (24-72 saatlıq EKQ qeydi) – gündəlik ritm pozuntularını aşkar etmək üçün
  • Stress testi – fiziki aktivlik zamanı aritmiyanı müşahidə etmək üçün
  • Elektrofizioloji müayinə (EPS) – ritm pozuntusunun dəqiq səbəbini müəyyən etmək üçün

Ürəyin işemik xəstəlikləri

Ürəyin işemik xəstəliyi, ürəyə qan axınının azalması nəticəsində ürək əzələsinin oksigensiz qalması ilə yaranır. Ən çox rast gəlinən forması stenokardiya və miokard infarktıdır.

Müayinələr və prosedurlar:
  • EKQ – infarkt və ya iskemiyanı aşkar edə bilər
  • Stress testi (yüklənmə testi) – məşq zamanı ürəyə qan axınının qiymətləndirilməsi
  • Exokardioqrafiya –ürək divarlarının hərəkətlərini, ürək qapaqlarını, ürəyin funksiyasını dəyərləndirmək üçün
  • Koronar angioqrafiya – ürək damarlarında tıxanmanı birbaşa göstərən invaziv müayinə
  • Kardiyak KT və ya MRT – qeyri-invaziv damar görüntüləmə üsulları
İskemik ürək xəstəlikləri
Ürək çatışmazlığı

Ürək çatışmazlığı

Ürək çatışmazlığı – ürəyin bədəni kifayət qədər qanla təmin edə bilməməsi vəziyyətidir. Nəfəs darlığı, yorğunluq və ayaqlarda şişkinlik kimi əlamətlərlə özünü göstərir.

Müayinələr və prosedurlar:
  • Exokardioqrafiya – ürəyin pompalama funksiyası (EF dəyəri) qiymətləndirilir
  • EKQ – ritm və keçirici sistem pozuntularını aşkar edir
  • Qan testləri – BNP və NT-proBNP kimi markerlər ürək çatışmazlığını göstərir
  • Döş qəfəsi rentgenoqrafiyası – ürəyin böyüməsi və ağciyərlərdə maye yığılması baxımından
  • Ürək MRT-si - daha dərindən funksional qiymətləndirmə üçün

Ürək damarlarının yoxlanılması və profilaktik müayinələr

Bu müayinələr ürək-damar xəstəliklərinin erkən aşkarlanması və qarşısının alınması məqsədi daşıyır. Qan təzyiqi ölçülməsi, EKQ, exokardioqrafiya və stres testləri kimi üsullar istifadə olunur.

Müayinələr və prosedurlar:
  • EKQ və Exokardioqrafiya – ilkin dəyərləndirmə üçün
  • Lipid profili – xolesterin səviyyələrinin ölçülməsi
  • Stress testi – damarlarda darlama əlamətləri varsa göstəriilə bilər
  • Kardiyak KT-Angiografiya – koronar damarların qeyri-invaziv yoxlanması
  • Koronar angioqrafiya – invaziv üsulla damarların dəyərləndirilməsi (zəruri hallarda)
Ürək damarlarının yoxlanılması

Əlaqə

Əlaqə telefonu

(051) 602 03 00

(051) 602 03 00

E-poçt

info@shafa.az

İş saatları

  • Bazar ertəsi-Cümə: 09:00 - 18:00

Çalışdığı xəstəxana

Lux International Hospital - Nərimanov ray., Faiq Yusifov küç., 146A

Sualınız varsa, əlaqə saxlayın

Reception

Lux International Hospital

Nərimanov ray., Faiq Yusifov küč., 146A

Admin Panel

İstifadəçilər

124

Rezervasiyalar

87

Mesajlar

14